Çoxpilləli tipik ayırma, seçmə
çıxarış ayırma, seçmə əsas bütövün ardıcıl olaraq kommunikativ - funksional əlamətə görə həmcins yarımqruplara (yarımmövzulara) bölünməsini nəzərdə tutur ki, onlar da öz növbəsində çıxarış (ayırma, seçmə) proqramının təsnif sxeminə müvafiq olaraq bölmələrə və yarımbölmələrə bölünür. Başqa sözlə, mövzualtılar (yarımmövzular) və onun bölünmüş payları ümumi çıxarışın cəmi olmaqla, formal - funksional sxemlə birləşmiş kiçik seçilmişlərin cəmini göstərir. Seçmə proqramının belə təşkili əsas cəmin son dərəcə kiçildilmiş nüsxəsi olur. Belə olduqda müşahidə vahidi kimi müəyyən həcmdə öyrənilən dilaltı məzmunca məxsus olan yazılmış mətnin müəyyən hissəsi kimi çıxış edir.